Məhsulların qəbulu/Problem halında cavab


Malların qəbulu

İnternet səhifəmizdən sifariş etsəniz, məhsul birbaşa Yaponiyadan Azərbaycana göndəriləcək.

Sake birbaşa Azərbaycana göndərilərkən aşağıdakılara əməl olunmalıdır.

 

①Zəhmət olmasa, BAKU PARCELS-ə  paketinizin (aldığınız məhsul) Yaponiyadan göndərildiyi ilə bağlı bildirin.

②Zəhmət olmasa ana səhifədən sifarişinizi edin.

③Məhsul göndərildikdə, ensoodan sizə mesaj göndəriləcək.

Bu mesajda məhsulu əldə edərkən sizə lazım olacaq məlumatlar olduğundan,

məhsulu əldə edənə qədər bu mesajı silməməniz xahiş olunur.

※Sifariş verildikdən sonra bir həftədən çox müddət ərzində sizə elektron məktub gəlməyibsə, lütfən, internet saytından bizimlə əlaqə saxlayın.

④Ensoodan elektron məktub göndərildikdən sonra təxminən 2 həftə ərzində məhsul Bakıya çatdırılacaq.

Məhsulun çatdığını təsdiqləmək üçün lütfən BAKU PARCELS ilə əlaqə saxlayın.

⑤Paketiniz BAKU PARCELS-ə çatdıqda, lütfən, ensoodan aldığınız məlumatları

hazır edib,məhsulunuzu götürmək üçün BAKU PARCELS-ə gedin.

 

Məhsulu qəbul edərkən vergi

Siz məhsulunuzu BAKU PARCELS-dən alarkən vergi ödəməli olacaqsınız.

Azərbaycanda vergilərin təfərrüatları aşağıdakı kimidir.

vergi = (göndərilmə haqqı + məhsulun qiyməti) x 36%

 

Sifariş veribdə yuxarıda göstərişlərə əməl edilməzsə, göndərilən məhsulu əldə edə bilməyəcək,Və ya məhsulu əldə etmək üçün bir az vaxt tələb oluna bilər.

Əgər məhsulun qəbul prosedurlarına əməl etməsəniz və məhsulunuzu götürə bilməsəniz, pulunuz geri qayıtmayacaq.

Bu səbəbdən də, proseduraya mütləq əməl etməyiniz xahiş olunur.

 

 Problem yarandıqda

Məhsulunuzun zədələnmiş vəziyyətdə göndərilmə ehtimalı olarsa, nə etməli olduğunuz barədə təlimatları aşağıdan oxuyun.

 

1.ensoo

Müştərinin ünvanına məhsul göndərmək

2.Müştəri

Məhsulun zədələndiyi və ya çatdırılma xətasının baş verdiyi hallarda

3-1.Müştəri ensoo ilə əlaqə yaratmalı

Ensoo veb saytının "Əlaqə" bölməsindən elektron poçtla əlaqə saxlayın

3-2.BAKU PARCELS ilə əlaqə saxlayın

Zəhmət olmasa BAKU PARCELS-ə məhsulun zədələndiyini bildirin.

4.ensoo

Müraciət mətnini yoxladıqdan sonra, yalnız və yalnız problem yaranan məhsulu yenidən sizə göndəririk.

Məhsulun dəyəri və göndərilmə haqqı bizim tərəfimizdən ödənilir.

Satın aldığınız içki qabı zədələnmiş vəziyyətdə çatdırıldıqda, satın alınan məhsulu mümkün qədər eyni formada yenidən hazırlayıb təhvil verməyə çalışacağıq.

Nəzərə alın ki, yenidən istehsal olunduğuna görə yenidən göndərilməsi vaxt aparacaq.

Narahatçılığa görə üzr istəyir, anlayışınıza görə təşəkkür edirik.